📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batabat yolunda qaya uçqunu olub - Fotolar

2024-04-11 15:53:32

Batabat yolunda qaya uçqunu olub - Fotolar

Naxçıvan ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.




qafqazinfo.az