Batan gəmidən son video yayan Hüseynin meyiti tapıldı – VİDEO
2024-02-21 00:29:08
Türkiyənin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batmış “Batuhan A” adlı yük gəmisinin qalıqları içərisindən daha bir nəfərin meyiti tapılıb.
Hurriyyet.Az “Haber Global”a istinadla xəbər verir ki, aparılan axtarışların 6-cı günündə tapılan ikinci meyitin gəmi batmazdan əvvəl çəkdiyi videonu həyat yoldaşına göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib.
İtkin düşən digər 4 nəfərin axtarışlarının davam etdiyi bildirilir.
/Axar.az