📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batırılan Rusiya gəmisinin dəyəri açıqlandı - Ukrayna Hərbi Kəşfiyyatı rəsmi məlumat yaydı

2024-03-05 14:36:09

Batırılan Rusiya gəmisinin dəyəri açıqlandı - Ukrayna Hərbi Kəşfiyyatı rəsmi məlumat yaydı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın "Sergeн Kotov" gəmisini məhv etdiklərini rəsmən təsdiqləyib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb: “2024-cü il martın 4-dən 5-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “13-cü qrup” xüsusi təyinatlı dəstəsi Rusiyanın Qara dəniz donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum edib. Missiya Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə baş tutub”.

Məlumatda qeyd olunur ki, “Magura V5” dəniz PUA-larının hücumu nəticəsində Rusiyanın “Project 22160” gəmisi “Sergey Kotov” üç istiqamətdən vurulub: "Kotovun vurulması Ukraynanın ərazi sularında, Kerç boğazına yaxın ərazidə baş verib. Batmış gəminin dəyəri təxminən 65 milyon dollardır".

AzPolitika.info