Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü başlanıb
2024-09-10 15:05:56
Hurriyyet.az xəbər verir ki, Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşlü başlanıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin görüşündə birgə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik problemləri və digər məsələlərin müzakirə edilməsi gözlənilir.
Hürr Tərcüman