📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batumidə bina çökdü: 15 nəfərdən xəbər yoxdur - Video

2021-10-08 19:26:00

Batumidə bina çökdü: 15 nəfərdən xəbər yoxdur - Video

Gürcüstanın Batumi şəhərində - 26 May küçəsində 5 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, ərazi polis tərəfindən mühasirəyə alınıb. Binanın dağılmamış hissəsinin sakinləri təxliyə olunur. Dağılan hissədə 12 ailə yaşayıb.

Xilasedicilər dağıntılar altında qalan avtomobilin içindən 6-7 yaşlı uşağı xilas ediblər. Digər xəsarət alanlar barədə məlumat verilməyib. Xilasetmə əməliyyatı davam edir.

İlkin versiyaya görə, mənzillərin birində aparılan təmir zamanı divar zədələnib. Bildirilib ki, həmin evdə daha bir neçə qanunsuz işlər aparılıb.

***

Batumidə çökən binanın dağıntıları altından 4 nəfər xilas edilib.

Dağıntılar altında hələ də 15-ə yaxın insanın olduğu bildirilib.