📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batumidə Saakaşvili tərəfdarları ilə "Gürcü arzusu" fəalı arasında dava düşdü

2023-03-28 12:50:00

Batumidə Saakaşvili tərəfdarları ilə

“Gürcü Arzusu” partiyasının qurultayı ərəfəsində Batumidə səs-küy yaranıb. Belə ki, Batumi teatrının həyətində "Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" fəalları şifahi və fiziki qarşıdurmaya giriblər. "Vahid Milli Hərəkat" tərəfdarı Xatuna Beridze ilə “Gürcü arzusu”nun fəalı Giorgi Qiorqadze arasında dava düşüb.
Xatuna Beridze teatra Mixail Saakaşvilinin posteri ilə gəlib və hakim komandanın üzvlərini qatil adlandırıb. Bu Giorqadzeni qıcıqlandırdı və mübahisə fiziki qarşıdurmaya çevrildi.
Vəziyyət bir neçə dəqiqə ərzində sakitləşib. Qarşıdurmanın ardınca konfrans başlayıb və yaxınlıqda “Milli Hərəkat”ın tərəfdarları var.

Ülviyyə, Hurriyyet.az