📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batumiyə bir gündə bir aylıq yağış yağıb

2026-09-20 17:07:58

Batumiyə bir gündə bir aylıq yağış yağıb

Gürcüstanın Batumi şəhərində son iki gündə rekord miqdarda yağıntı düşüb.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, kurort şəhərində yağış 21 saat fasiləsiz davam edib.

Bir sutka ərzində Batumiyə 275 millimetr yağıntı düşüb. Bu, aylıq normanın 90 faizinə bərabərdir.

Məlumata görə, belə güclü yağıntı təxminən yüz ildə bir dəfə müşahidə olunur.