📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batya Putinlə Azərbaycandan keçən yolu müzakirə etdi

2023-03-18 00:09:00

Batya Putinlə Azərbaycandan keçən yolu müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Bu haqda Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında dialoq zamanı ölkələrarası idxal-ixrac məsələləri əsas müzakirə mövzusu olub.

Tərəflər həmçinin Rusiya, Azərbaycan və İrandan keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin perspektivlərini müzakirə ediblər.

Ölkə liderləri mikroelektronika sahəsində əməkdaşlıq məsələlərinə və bu sahədə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi üçün iki ölkə hökumətlərinin qəbul etməli olduğu müvafiq qərarlara da toxunublar.

Həmçinin əlavə olunub ki, Putin və Lukaşenko beynəlxalq gündəliyin digər məsələlərini, İttifaq Dövlətinin Ali Dövlət Şurasının bu ilin aprel ayında keçirilməsi gözlənilən iclasının gündəliyini də müzakirə ediblər. \\Globalinfo.az