📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bavariya"nın futbolçusu Tomas Müller millidəki karyerasını başa vurub

2024-07-10 15:57:20

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

Bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.

Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.

O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub - 1:2.