📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bavariya"nın yeni baş məşqçisi o olacaq

2024-01-06 19:22:28

"Bayer"in baş məşqçisi Xabi Alonso "Bavariya" rəhbərliyinin hədəfindədir.

Münhen təmsilçisi bu yay ispan mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətinin uzatması "Bavariya" klubunu hərəkətə keçirib.

Qeyd edək ki, Bundesliqa klubunun Tomas Tuxellə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. \\Offsideplus.az