📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden: ABŞ onun üzərində çalışır ki, Ukrayna ordusu Rusiyanın dərinliklərinə zərbələr endirsin

2024-09-11 10:39:37

Bayden: ABŞ onun üzərində çalışır ki, Ukrayna ordusu Rusiyanın dərinliklərinə zərbələr endirsin

ABŞ prezidenti Co Bayden sentyabrın 10-da ABŞ-ın Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri qaldırıb-qaldırmayacağı sualına cavab olaraq, "Hazırda bunun üzərində işləyirik" deyə bildirib. “Axios” qeyd edir ki, icazə sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə veriləcək.

Həmin gün bir qrup Respublikaçı konqresmen Baydeni Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ABŞ raketlərindən istifadəsinə dair “məntiqsiz məhdudiyyətləri” ləğv etməyə çağırıb. Söhbət ilk növbədə “ATACMS” uzaqmənzilli raketlərindən gedir. Respublikaçıların fikrincə, bu məhdudiyyətlər rus qoşunlarına “Ukraynaya cəzasız hücum edə biləcəkləri sığınacaq” verir və Ukrayna Silahlı Qüvvələrinin “müharibənin qalibiyyətlə sona çatmasına” mane olur.

Ülviyyə, Hurriyyet.az