📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Afrika İttifaqının G20-yə qoşulmasını istəyir - Ağ Evdən AÇIQLAMA

2022-12-09 23:00:00

Bayden Afrika İttifaqının G20-yə qoşulmasını istəyir - Ağ Evdən AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden gələn həftə ABŞ-ın Afrika İttifaqının 20-lik Qrupuna (G20) daimi üzv kimi qoşulmasını dəstəklədiyini elan etməyə hazırlaşır.

Bu barədə cümə günü “The Washington Post” qəzeti Ağ Evin Milli Təhlükəsizlik Şurasının Afrika məsələləri üzrə baş direktoru Cudd Devermontun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Bayden gələn həftə Afrika ölkələri və ABŞ liderlərinin Vaşinqtonda keçiriləcək sammitində belə bir bəyanatla çıxış edəcək.

"Afrikanın beynəlxalq təşkilatlarda və təşəbbüslərdə daimi yer tutmasının vaxtı çatıb. Qlobal iqtisadiyyat, demokratiya və idarəetmə, iqlim dəyişikliyi, sağlamlıq və təhlükəsizliklə bağlı beynəlxalq müzakirələrdə Afrikadakı ölkələrdən daha çox səsə ehtiyacımız var" - Devermont deyib. \\Redaktor