📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayden Alzheimer və ya demensiyadan əziyyət çəkmir” – Ağ Ev

2024-07-03 22:03:41

“Bayden Alzheimer və ya demensiyadan əziyyət çəkmir” – Ağ Ev

“ABŞ Prezidenti Co Bayden Alzheimer xəstəliyindən və ya demensiyanın hər hansı formasından əziyyət çəkmir”.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Sizə cavabım var. Hazırsız? Cavab “yox””, - Jan-Pyer jurnalistin müvafiq sualına cavab verib.
O, həmçinin media işçilərinin eyni sualı Baydenin əsas siyasi rəqibi Respublikaçı Donald Trampa verəcəklərinə ümid etdiyini bildirib.
Xatırladaq ki, iyunun 27-də Bayden və Tramp arasında teledebat baş tutub. CNN-in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Trampın qalib gəlməsinə səs verib. “The Wall Street Journal”ın məlumatına görə, Baydenin debatda uğursuz çıxışı səbəbindən ABŞ Konqresindəki Demokratlar arasında çaxnaşma başlayıb. \\Yeniavaz.com