📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden amerikalıları dərhal Ukraynanı tərk eləməyə çağırdı: “Amerikalılarla ruslar bir-birinə güllə atmağa başlayanda”...

2022-02-11 09:37:00

Bayden amerikalıları dərhal Ukraynanı tərk eləməyə çağırdı: “Amerikalılarla ruslar bir-birinə güllə atmağa başlayanda”...

"Dəhşətli ağılsızlıqlar baş verə bilər"

Hurriyyet.az “Doyçe Velle” (DW) nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden amerikalıları təcili surətdə Ukraynanı tərk eləməyə çağırıb. Bayden oradakı tez bir zamanda hadisələrin “qorxunc şəkil” ala biləcəyini bildirib.

ABŞ Prezidenti Vaşinqton amerikalıların evakuasiyası üçün Ukraynaya ordu göndərməyəcəyini bildirib, çünki, bu, dünya müharibəsinin başlanmasına səbəb ola bilər: “Bu, qətiyyən olmayacaq, çünki amerikalılarla ruslar bir-birinə güllə atmağa başlayanda dünya müharibəsi başlamış olacaq”.

Bayden deyib: “Amerikalı vətəndaşlar dərhal Ukraynanı tərk eləməlidirlər. Bu, terror təşkilatı ilə üz-üzə qalmaq deyil. Biz dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıyayıq. Bu, tamamilə başqa vəziyyətdir. Hadisələrin axarı tezliklə qorxunc ağılsızlıqla nəticələnə bilər”.

Bayden bildirib ki, Vladimir Putin Ukraynaya “təcavüz edəcək qədər axmaq olsa da, Amerika vətəndaşlarına toxunmaqdan çəkinəcək qədər ağıllıdır”.

Hürr Tərcüman