Bayden Çin liderini təhqir etdi
Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkenin Pekinə səfərinin ertəsi günü ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpini “diktator” adlandırıb.
Kaliforniyada vəsait yığımı ilə bağlı tədbirdə çıxış edən Bayden Çinin ABŞ üzərindəki səmada vurulmuş hava şarı ilə bağlı hadisəni xatırlayaraq deyib: “Bu, diktatorlar üçün böyük pərtlikdir. Onların nəyin baş verdiyindən xəbərdar olmaması. Mən onun casus avadanlığı ilə dolu iki yük vaqonu olan bu hava şarını vurandan sonra Si Cinpinin qanı yaman qaralıb. Onun orada nə olduğundan xəbəri olmayıb”.
Agentliyin yazdığına görə, Çin tərəfi Baydenin sözlərinə hələ reaksiya verməyib, “lakin yəqin ki, Pekin bunu yaxşı qəbul etməyəcək”.
Hürr Tərcüman