📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Çinə meydan oxudu! “Tayvanı ABŞ ordusu qoruyacaq”

2022-09-19 14:56:00

Bayden Çinə meydan oxudu! “Tayvanı ABŞ ordusu qoruyacaq”

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Çin ilə Tayvan arasındakı gərginlik ABŞ Prezidenti Co Baydenin açıqlamaları ilə daha da artıb. Ölkə mətuatına müsahibə verən Bayden Çinə olduqca aydın bir mesaj verib. Bayden deyib: “Çin hücum edərsə, ABŞ ordusu Tayvanı qoruyar”.

ABŞ Prezidenti Co Bayden CBS kanalına müsahibəsində bu açıqlamanı verdikdən sonra aparıcının “Yəni ABŞ ordusu Tayvanı müdafiə edəcək?” sualına “Bəli” cavabını verib.

Hürr Tərcüman