📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Çinlə müharibə astanasında olan Tayvana 345 milyon dollarlıq hərbi yardım edəcək

2023-07-29 13:35:00

Bayden Çinlə müharibə astanasında olan Tayvana 345 milyon dollarlıq hərbi yardım edəcək

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Tayvana hərbi yardım edilməsi üçün 345 milyon dollar vəsait ödənilməsi göstərişi verib.

Ağ Evin rəsmi saytında dərc edilmiş sənəddə deyilir: “Müdafiə Nazirliyinin xətti ilə Tayvana yardım edilməsi məqsədilə hərbi hazırlıq xidməti göstərilməsi və hərbi məhsulların verilməsi üçün 345 milyon dolların ayrılması səlahiyyətini Dövlət katibinə həvalə edirəm”.

Hürr Tərcüman