Bayden Ərdoğana təşəkkürünü bildirib
2022-11-15 16:12:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Balidə G-20 sammiti çərçivəsində ABŞ ilə Türkiyə prezidentlərinin görüşü keçirilib.
Görüş zamanı Bayden taxıl dəhlizinin fəaliyyətindəki töfhəsinə görə, Ərdoğana təşəkkürünü bildirib.
Co Bayden deyib ki, Türkiyə İsveçin NATO blokuna daxil olması yolunda mühüm fiqurdur.
Bayden İstanbulda baş vermiş terror aktı ilə əlaqədar türkiyəli həmkarına başsağlığı verib.
Ağ Evin başçısı Prezident Ərdoğana F-16 təyyarələrinin Türkiyəyə tədarük edilməsi məsələsində ABŞ administrasiyasının dəstəyinin dəyişməz olduğunu bildirib.
Hürr Tərcüman