📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden fövqəladə vəziyyətlə bağlı qərar verdi

2023-04-11 09:31:00

Bayden fövqəladə vəziyyətlə bağlı qərar verdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin imzaladığı yeni qanunla ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Ağ Evin açıqlamasında deyilir: “Prezidentin bazar ertəsi günü, aprelin 10-da imzaladığı yeni qanunla Covid-10 pandemiyası ilə bağlı ölkə miqyasında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ləğv edilir”.

ABŞ-da koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət 2020-ci ilin martında tətbiq edilməyə başlayıb.

Hürr Tərcüman