📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Fransa ilə Ermənistanı dəvət etdi, Türkiyə ilə Azərbaycanı isə dəvət etmədi

2021-11-08 16:33:00

Bayden Fransa ilə Ermənistanı dəvət etdi, Türkiyə ilə Azərbaycanı isə dəvət etmədi

Virtual Demokratiya sammiti keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezdenti Co Bayden gələn ay – 9-10 dekabr tarixlərində 100-dən artıq ölkənin iştirakı ilə videokörpü formatında, “dünya miqyasında azadlıq və hüquqları yenidən yaratmaq”  mövzusunda sammit keçirməyi planlaşdırır. ABŞ-da fəaliyyət göstərən “Politiko” nəşri ilə İngiltərənin “Röyters” agentliyinin əldə edib dərc elədiyi dəvət edilənlər siyahısında Türkiyənin olmaması beynəlxalq ictimaiyyətdə anlaşılmazlıq yaradıb.

Siyahıda Fransa, İsveç, Yunanıstan, Kipr Yunan Respublikası, Cənubi Koreya, Ermənistan kimi ölkələrin adları olduğu halda, Tailand və Vyetnam kimi ABŞ müttəfiqlərinin olmaması diqqəti cəlb edib.

“Röyters” agentliyinin açıqlamasında deyilir: “Yaxın Şərq çox zəif şəkildə təmsil edilib, İsrail və İraqla birlikdə bir neçə ölkə dəvət edilib. ABŞ-ın mühüm müttəfiqlərindən olan Misirin və NATO müttəfiqi Türkiyənin siyahıda adı yoxdur”.

“İnsan hüquqları vecimə deyil” açıqlaması ilə yadda qalmış Filippin lideri Rodriqo Duterte də tədbirə dəvət edilib.

Hürr Tərcüman