Bayden, Harris, yoxsa Tramp?
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Ekonomist" jurnalı ilə "YouGov" ictimai rəyin öyrənilməsi institunun apardıqları sorğunun nəticəsinə görə, Demokratlar partiyasının tərəfdarlarından 73%-i vitse-prezidenr Kamala Harrisin ABŞ-ın indiki lideri Co Baydeni boyabr ayında keçiriləcək prezident seçkilərində əvəz etməli olduğunu düşünürlər.
Rəyi soruşulan demokratların 48%-i Harrisin eks-prezident Donald Trampa qalib gələ biləcəyi fikrindədirlər.
Demokratlar partiyasının tərəfdarı olan respondentlərin 80 %-ə qədəri onun zərurət yaranacağı təqdirdə, ABŞ Prezidentinin vəzifələrini icra edə biləcəyinə inanırlar.
Hər iki partiyadan olan respondentlərin 58%-ə qədəri Baydenin seçkilərdə namizəd olaağı təqdirdə, Trampın qalib gələcəyi fikrindədirlər. Rəyi soruşulan amerikalıların təqribən 66 faizi Baydenin namizədliyini geri götürməli olduğu qənaətindədirlər. Eyni zamanda hər iki partiyadan olan respondentlərin 69%-i onun namizədliyini geri götürəcəyinə inanmırlar.
Hürr Tərcüman