📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden həbs olunarsa Qoca Bayden nə edəcək?

2024-06-11 21:17:51

Bayden həbs olunarsa  Qoca Bayden nə edəcək?

Hurriyyet.az xəbər verir ki ,İyunun 3-də ABŞ-ın  Delaver ştatının Wilmington şəhərindəki məhkəmədə  Hunter Baydenin məhkəməsi üçün qərar verilib.

Münsiflər  prezidentin oğlunu federal lisenziyalı silah satıcısına yalan danışmaqda və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaqda təqsirli biliblər.

Məhkəmə hakimi Maryellen Noreika təqsirli bilinən Hunter Baydenə 25 ilə qədər həbs cəzası vermək səlahiyyətinə malik olsa da, cinayətin ilk dəfə törədilməsi kimi amillər cəzanın azaldılmasına imkan yaratmasını qeyd edib.

Hakimin Hunter Baydenə həbs cəzası verib-verməyəcəyi hələ də bəlli deyil.

Məhkəməyə müdaxilə kimi qəbul edilməməsi  üçün məhkəmə prosesinin gedişatı sürəcində oğlunun işindən danışmamağa üstünlük verən Co Baydenin qərarla bağlı nə deyəcəyi maraq doğurur.Əlavə olaraq Hunter Baydenin  Kaliforniya əyalətində də 1,4 milyon dollar vergi ödəməmək ittihamı ilə sentyabr ayında mühakimə olunacağı gözlənilir.