📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden: "HƏMAS-ı bitirmək lazımdır, amma Qəzzanın işğalı böyük səhv olar"

2023-10-17 14:16:03

Bayden:

"İsrailin Qəzzanı yenidən işğal etməsi böyük səhv olar".

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bazar günü axşam televiziya müsahibəsində qeyd edib.

“Məncə, İsrailin Qəzzanı yenidən işğal etməsi səhv olardı. Amma içəri girib ekstremistləri məhv etmək tam məqsədə uyğun hərəkət sayəla bilər. Şimalda Hizbullah, cənubda isə Həmas terrorçuları var. Bu, zəruri əməliyyatlar zərurətdir”, - deyə Bayden həmçinin bildirib ki, HƏMAS-ın tamamilə aradan qaldırılması ilə yanaşı iki dövlətli həll prosesinin qəbul eilməsi lazımdır.

İsrailin Qəzzanı blokadaya alması və Fələstinli mülki vətəndaşların əsas yaşayış ehtiyaclarını dayandırması ilə bağlı açıqlamalar verən prezident Bayden: “İsrail münəqişə zonasının əksər ərazilərində qida, yanacaq, elektrik və suyun kəsib. Orada 1 milyon qəzzalının Qəzzanın cənub bölgəsinə təxliyyə etməyi əmr edib. BMT humanitar fəlakət barədə xəbərdarlıq edir. Əlbəttə bunu doğru addım hesab etmirik. Günahsız insanlar zəlandırılmamalıdırlar, lakin nəzərə alaq ki, orada terrorçu dəstələr də var”, - deyə qeyd edib. ABŞ prezidenti komandasının bölgəyə humanitar yardımın gətirilməsi ilə bağlı İsrail rəsmiləri ilə danışdığını da vurğulayıb.

ABŞ-ın dövlət başçısı Baydenin İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən telefon danışığında İsrailə dəvət olunmasından sonra bu səfərin baş tutub-tutmayacağı müzakirə olunmağa davam edir. Baydenin dha əvvəl - bazar ertəsi ABŞ-ın Kolorado ştatına getməsi planlaşdırılan bütün cədvəli ləğv edilib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Amerika və İsrail rəsmiləri bu səfərin təfərrüatları üzərində işləyirlər, lakin Ağ Ev rəsmiləri hələlik səfəri təsdiqləməyiblər.

Bizimyol.info