📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden HƏMAS-ın məhvini istəyir: “Axıra qədər İsraili dəstəkləyəcəyik”

2023-12-12 11:19:46

Bayden HƏMAS-ın məhvini istəyir: “Axıra qədər İsraili dəstəkləyəcəyik”

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden HƏMAS hərəkatının tamamilə məhv olunmasını istədiyini bildirib. Bayden yəhudilə Hanuki bayramı münasbətilə Ağ Evdə keçirilən qəbulda deyib: “İsrail HƏMAS-dan tamamilə yaxa qurtarana qədər hərbi dəstək göstərməyə davam edəcəyik. Lakin biz ehtiyatlı olmalıyıq. Çox ehtiyatlı”.

Bayden qeyd edib ki, İsrailin apardığı hərbi əməliyyatların xarakteri səbəbindən dünya ictimaiyyətinin münaqişəyə münasibəti dəyişilə bilər: “Bir gecənin içində bütün dünyanın fikri dəyişə bilər. Biz buna yol verə bilmərik”.

Hürr Tərcüman