📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayden hökuməti "İŞİD-ə qarşı mübarizə" adı altında Taliban ilə əməkdaşlıq yolunu seçib" - POLİTOLOQ

2021-09-03 14:50:00

"Dünən axşam Əhməd Məsudun qüvvələri Pəncşir vadisinin girişlərində Talibana divan tutub. Taliban bir həftədir vadiyə girə bilmir və yüzlərlə itki verib"

Hürriyyət.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli yazıb. O, Əhməd Məsudun qüvvələrinin Pəncşir vadisinin girişlərində Talibana divan tutduğunu qeyd edib:

"Təəssüf ki, dünya Əfqanıstanın proqressiv qüvvələrini yalnız buraxıb. Bu şəraitdə müqaviməti nə qədər davam etdirə biləcəkləri sual doğurur. Bayden hökuməti də "İŞİD-ə qarşı mübarizə" adı altında Taliban ilə əməkdaşlıq yolunu seçib.

Amma müqavimət uzanarsa, xarici dəstəyin gəlməsi ehtimalı yüksəkdir. Taliban bunu anladığı üçün problemi tezliklə həll etmək istəyir".

YƏHYA