📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden ilə Putin Makronun təklifi ilə razılaşdılar

2022-02-21 11:16:00

Bayden ilə Putin Makronun təklifi ilə razılaşdılar

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransanın Prezident aparatı ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Avropada keçirilməsi nəzərdə tutulan sammit təklifini qəbul elədiyini açıqlayıb.

Ukrayna məsələsi ilə bağlı sammitin keçirilmə tarixi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə ABŞ Xarici İşlər naziri Entoni Blinken tərəfindən müəyyənləşdiriləcək.

Sammitin keçirilməsi Rusiyanın Ukraynanı işğal etməyəcəyi təqdirdə baş tutacaq.

Hürr Tərcüman