Bayden indi də başını helikopterin qapısına çırpdı
2023-06-02 09:33:00
ABŞ Prezidenti Co Bayden Kolorado ştatından qayıdan zaman başını helikopterin qapısına çırpıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ağ Ev jurnalistləri məlumat yayıb.
“O, helikopterdən çıxan zaman başını qapıya çırpıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Co Bayden Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə kürsüyə çıxan zaman yıxılmışdı.
axar.az