📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden İrana qarşı hazırlıq üçün təlimat verib - Psaki

2021-12-21 09:30:00

Bayden İrana qarşı hazırlıq üçün təlimat verib - Psaki

İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqlar pozulacağı təqdirdə Birləşmiş Ştatlar Tehrana qarşı əlavə addımlar atacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, Vaşinqton İranla bağlı qərarında partnyorlarla məsləhətləşmələr aparacaq:

“Prezident Co Bayden milli təhlükəsizliklə məşğul olan komandaya danışıqların pozulması ehtimalına hazır olmaq və bu halda digər variantları nəzərdən keçirmək barədə təlimat verib. İşlər davam etdirilir”.