"Bayden İrana qarşı hücum planı hazırlamağı əmr edib"
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden İordaniyadakı bazaya amerikalı əsgərlərin ölümü ilə nəticələnən hücuma görə Tehranın məsuliyyət daşıdığını hesab elədiyi üçün öz köməkçilərinə İrana cavab variantları hazırlamaq göstərişi verib. Bu barədə məlumatı "Politiko" nəşri məmurlara istinadla verib.
Qəzet yazır: "Münaqişəni məhdudlaşdırmağa və Birləşmiş Ştatları Yaxın Şərqdə növbəti müharibəyə daxil etməkdən yayınmağa çalışan Bayden öz komandasına bazar günü baş vermiş hücuma hərbi cavab variantları hazırlamaq göstərişi verib".
Mənbələrin "Politiko"ya verdiyi məlumata görə, Pentaqonun nəzərdən keçirdiyi variantlar arasında Suriya və Ya İraqdakı İran personalına, İran körfəzindəki İran Hərbi Dəniz Qüvvələrinə zərbələr endirmək seçimləri var: "Rəsmi şəxslərin fikrincə, prezident əmr verən kimi yaxın günlərdə bir sıra hədəflərə zərbə dalğalarının endirilməsi başlana bilər".
Hürr Tərcüman