Bayden İsraildən Ukraynaya hərbi yardım etməyi tələb edəcək
ABŞ prezidenti Co Bayden Yerusəlimdə keçiriləcək görüşdə İsrailin baş naziri Yair Lapiddən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək. Bu barədə "Axios" portalı ABŞ rəsmilərinə istinadən məlumat verir.
Qeyd edildiyi kimi, indiyədək İsrail Ukraynaya müasir silahlar verməmişdir.
Mayın əvvəlində KİV-lər xəbər vermişdilər ki, İsrail ABŞ-ın Berlinin Ukraynaya İsrail texnologiyasından istifadə edərək Almaniya istehsalı olan tank əleyhinə raketlərlə təchiz edilməsinə icazə verilməsi ilə bağlı tələbini rədd edib. Fevral ayında bildirilmişdi ki, hətta Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl ABŞ öz ordusunun iştirakı ilə Ukraynanı “Dəmir günbəz”lə təchiz etməyə çalışsa da, sonra Tel-Əviv təsir rıçaqları tapıb bunun qarşısını ala bilib.
Ülviyyə, Hurriyyet.az