📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden İsrailə gedəcək – Blinken səfərin məqsədini açıqladı

2023-10-17 09:53:59

Bayden İsrailə gedəcək – Blinken səfərin məqsədini açıqladı

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Prezidenti Cozef Baydenin çərşənbə günü – oktyabrın 18-də İsrailə səfərinin planlaşdırıldığını bəyan edib. Bu barədə məlumatı “Ey-Bi-Si Nyus” (ABC News) kanalı verib.

Blinkenin sözlərinə görə, Baydenin səfərinin məqsədi Birləşmiş Ştatların İsraili dəstəklədiyini nümayiş etdirməkdir. Onun İsrailin Baş naziri Binyamin Netanyahu və digər dövlət rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Hürr Tərcüman