📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayden istefa verməlidir”

2024-01-09 08:50:28

“Bayden istefa verməlidir”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən bir neçə gün sonra xəbər tutduğu üçün Prezident Cozef Baydenin istefa verməli olduğunu bəyan edib. Builki prezident seçkilərində Respublikaçılar partiyasından namizəd olan Heyli Ayova ştatında seçicilərlə görüşündə deyib: “Mənim fikrimcə, Baydeni istefaya göndərmək lazımdır. Belə bir vəziyyətlə qarşılaşdığımıza inanmaq olmur. Bizim Avropada, Yaxın Şərqdə müharibələrimiz var. Şimali Koreya qitələrarası raket sınaqları keçirir - həmin silahlarla ABŞ-ı vurmaq olar. Bu hal Baydenin öz müdafiə naziri ilə gündəlik əlaqə saxlamamasını göstərir. Bu gündən seçkilərə qədər nələr baş verə biləcəyi barəsində fikirlər məni gecələr yatmağa qoymur - çünki Bayden Amerikanı çox zəiflədib - o, bizi təhlükə altında qoyur”.

Hürr Tərcüman