Bayden Kamala Harrisi “prezident” adlandırdı
2021-12-18 13:34:00
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Cənubi Karolina Universitetində keçirilən məzuniyyət tədbirindəki çıxışı zamanı köməkçisi Kamala Harrisi yenə də “prezident” adlandırıb. Bayden bundan əvvəl də Kamala Harrisə “prezident” demişdi.
Bayden dünənki çıxışında söyləyib: “Zarafat bir yana, əlbəttə Prezident Harris qürurlu bir Harvard məzunudur”.
Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti olan 76 yaşlı Bayden ABŞ tarixində ən yaşlı prezidentdir.
Hürr Tərcüman