Bayden Kim Çenə nə təklif edib?
2023-08-18 11:18:00
Hurriyyet.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Yaponiyanın “Kyodo Nyus” agentliyinə müsahibəsində ABŞ Prezidenti Cozef Baydenin “ilkin şərtlər olmadan” Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.
Kirbi deyib: “Biz ilkin şərtlər olmadan danışıqlar masasına oturmağa hazırıq”.
O, Koreya Xalq Demokratik Respublikasının hələlik təklifə müsbət cavab vermədiyini söyləyib.
Hürr Tərcüman