📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden koronavirusa yoluxdu, karantindədir

2022-07-22 13:27:00

Bayden koronavirusa yoluxdu, karantindədir

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Co Baydenin koronavirus xəstəliyinə tutulduğunu bildirib. Baydenin yüngül simptomlar göstərdiyi açıqlanıb. Bu barədə açıqlamanı Ağ Evin mətbuat katibi Karin Jan Pyer verib.

Bayden ən azı 5 gün karantində olacaq. Bütün işlərini məsafədən idarə edəcək, iclaslara Zoom proqramı və ya telefon vasitəsi ilə qoşulacaq.

Hürr Tərcüman