📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Makronla görüşə 1 saatdan çox GECİKDİ

2021-10-29 22:54:00

Bayden Makronla görüşə 1 saatdan çox GECİKDİ

 

ABŞ Prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Vatikanda Fransa səfirliyində bir araya gəliblər.

Bu barədə BFMTV məlumat yayıb.

Son dövrlər ölkələr arasında yaranmış gərginliyə baxmayaraq liderlər bir-birilərini səmimi şəkildə salamlayıblar.

Bundan əlavə, qeyd edilir ki, Bayden Makronla görüşə bir saatdan çox gecikib.

Belə ki, görüşün yerli vaxtla saat 16:15-də başlanması planlaşdırılsa da, Baydenin korteji yalnız saat 17:40-da Fransa səfirliyinin ərazisinə çatıb. \\Axar.az