📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Makronla Mitteranı qarışıq salıb

2024-02-06 12:16:09

Bayden Makronla Mitteranı qarışıq salıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Nevada ştatının Las-Veqas şəhərində seçicilərlə görüşü zamanı Emmanuel Makronla Fransua Mitteranı səhv salıb.
2021-ci ildə keçirilən G7 sammitində Fransanın 1996-cı ildə vəfat etmiş eks-prezidenti Fransua Mitteranla danışdığını bəyan edib. Üstəlik, onu əvvəlcə Almaniyanın Prezidenti adlandırıb. Sonra "səhvini düzəldib".
Bayden deyib: "Prezident seçiləndən dərhal sonra G7 görüşünə, NATO-nun bütün liderlərinin görüşünə getdim. Tədbir İngiltərənin cənubunda keçirilirdi. Oturdum və dedim: "Amerika qayıtdı". Onda Almaniyadan, daha doğrusu, Fransadan olan Mitteran mənə baxıb soruşdu: "Bilirsinizmi... Uzun müddətlik qayıtmısınız?"
Hürr Tərcüman