📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden müharibə bitdikdən sonra Rusiyanı nəzarət altına almağı planlaşdırır

2023-01-26 18:01:00

Bayden müharibə bitdikdən sonra Rusiyanı nəzarət altına almağı planlaşdırır

Bayden müharibə bitdikdən sonra Rusiyanı nəzarət altına almağı planlaşdırır. Belə ki, “The Washington Post” qəzetində dərc olunan məqaləyə görə, prezident Co Baydenin administrasiyası artıq Ukrayna münaqişəsi başa çatdıqdan sonra ölkənin xarici siyasətinin necə qurulacağı barədə düşünməyə başlayıb.
“The Washington Post” dövlət katibi Entoni Blinkenə və anonim rəsmilərə istinadən bildirir ki, Amerika strategiyasının bir hissəsi Rusiyanı cilovlamaq və Ukraynada uzunmüddətli sülhü təmin etmək olacaq.
Blinken öz bəyanatında vurğulayıb ki, ABŞ Rusiya ilə birbaşa hərbi əməliyyatlarda iştirak etmək və ya münaqişəyə başlamaq istəmir. Nəşrin yazdığına görə, Vaşinqton əmin olmaq istəyir ki, Moskva yeni hücum hərəkətləri üçün “dincini ala və yenidən qruplaşma” edə bilməz.
Blinkenin təklif etdiyi mühafizə strategiyası həmçinin Ukraynanın gücləndirilmiş müdafiəsinin təmin edilməsini nəzərdə tutur. Blinkenin planları ilə tanış olan Dövlət Departamentinin rəsmisi izah edib ki, “manevr edə bilən silahların əhəmiyyəti təkcə Ukraynaya əraziləri geri ala bilməsi üçün güc vermək deyil, həm də Rusiyanın gələcək hücumlarının qarşısını almaqdır”.

Ülviyyə, Hurriyyet.az