Bayden Orbanla Trampın görüşünə əsəbiləşdi
2024-03-09 20:43:34
ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampın Florida ştatında Macarıstan Baş naziri Viktor Orbanla görüşünə reaksiya verib.
Bayden Trampla Orbanın görüşünü kəskin tənqid edib.
“Bilirsiniz, bu gün o (Tramp – red.), Mar-a-Laqoda kiminlə görüşür? Qətiyyətlə demokratiyanın işlədiyinə inanmadığını deyən və diktatura axtaran Macarıstandakı Orbanla”, - Bayden qeyd edib. \\Axar.Az