Bayden özünü təqdim elədi: “Cillin yoldaşıyam”
2021-10-29 16:57:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Roma papası Fransisk ilə görüşmək üçün bu gün həyat yoldaşı Cill ilə birlikdə Vatikana səfər edib. Baydenin səfərini Amerika KİV-i canlı translyasiya edib.
Bayden səfər zamanı prefektura əməkdaşlarının birinə özünü “Cillin həyat yoldaşı” kimi təqdim edib.
Bu, Prezident seçildikdən sonra Baydenin Varikana ilk səfərdir. Bayden indiyə qədər papa Fransisk ilə üç dəfə görüşüb.
Hürr Tərcüman