Bayden: Putin ölümcül diktatordur!
2022-03-18 09:25:00
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini ölümcül diktator və açıq-aşkar quldur adlandırıb.
Hurriyyet.az xəbər verir ki, Ağ Ev rəhbəri ənənəvi “İrlandiyanın dostları” adlı şam yeməyində çıxışında deyib.
Dövlət başçısı burada irandiyalıların Ukraynada Rusiya ordusuna qarşı apardığı mübarizədən danışıb:
“İndi siz Böyük Britaniya, İrlandiya ilə Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan ölümcül bir diktatora, aşkar quldura qarşı birlikdəsiniz" Bayden bildirib.