📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Qərbi Qüdsdə İsrailin Baş naziri ilə görüşəcək

2022-07-14 14:07:00

Bayden Qərbi Qüdsdə İsrailin Baş naziri ilə görüşəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden İsrailə rəsmi səfəri çərçivəsində bu gün Baş nazir Yair Lapid ilə görüşüb.

İsrail hökumətinin mətbuat xidmətinin məlumatına görə, ikitərəfli görüş Qərbi Qüdsdəki mehmanxanalardan birində keçirilib.

ABŞ Prezidenti bu gün İsrail Prezidenti İshaq Hersoqla da görüşəcək.

Görüş zamanı Baydenə İsrail Prezidentinin fəxri medalının təqdim ediləcəyi gözlənilir.

Baydenin İsrail müxalifətinin lideri Binyamin Netanyahu ilə də görüşəcəyi bildirilir.

Hürr Tərcüman