📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Qəzzadakı xəstəxanaya hücumdan yazdı: “Kədərlənirik... Əslində nə baş verdiyini araşdırırıq”

2023-10-18 10:36:45

Bayden Qəzzadakı xəstəxanaya hücumdan yazdı: “Kədərlənirik... Əslində nə baş verdiyini araşdırırıq”

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden “Qəzza sektorundakı Əl Əhli xəstəxanasındakı partlayışa görə hiddətləndiyini və dərindən kədərləndiyini”, “ABŞ-ın əslində nə baş verdiyi barəsində informasiya toplamağa davam elədiyini” bəyan edib. Bu barədə məlumatı CNN telekanalı Baydeninin bəyanatına istinadla verib.

Bayden yazıb: “Mən İordaniya kralı II Abdullah və İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışdım və milli təhlükəsizlik üzrə komandama göstəriş verdim ki, məhz nəyin baş verdiyi barəsində informasiya toplamağa davam eləsinlər. Birləşmiş Ştatlar birmənalı olaraq mülki əhalinin müdafiəsinin tərəfdarıdır. Bu faciədə həlak olmuş və yaralanmış xəstələr, tibb işçiləri və digər günahsız şəxslərə görə kədərlənirik”.

Açıqlama Baydenin “Air Force One” təyyarəsinin göyərtəsində olduğu zaman dərc edilib.

Ağ Ev xəstəxanaya hücuma görə kimi müqəssir hesab etdiyini hələ bəyan etməyib.

Hürr Tərcüman