📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden rus sahibkarlara qarşı sanksiyaları elan edəcək - “Bloomberg”

2022-03-03 22:52:00

Bayden rus sahibkarlara qarşı sanksiyaları elan edəcək - “Bloomberg”

ABŞ Prezidenti Co Bayden Rusiyanın böyük sahibkarlarına və onların ailələrinə qarşı sanksiyaları elan etmək niyyətindədir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, sanksiyalara məruz qalacaq şəxslərin ABŞ siyahısı hələ də dəqiqləşdirilir.

Gözlənildiyi kimi, siyahıda olan şəxslərin ABŞ-a girişi qadağan olunacaq.

“Bloomberg”in məlumatına görə, ABŞ-ın sanksiyaları Avropa İttifaqının fevralın 28-də tətbiq etdiyi tədbirlərdən daha geniş olacaq.

Qeyd edək ki, fevralın 28-də Avropa İttifaqı Rusiyanın 26 siyasətçisi, jurnalisti, mədəniyyət xadiminə qarşı sanksiya tətbiq edib. Onların hamısının Aİ-yə girişi qadağan edilib. \\Manşet.az