Bayden Rusiya gəmiləri ilə bağlı yeni qadağanı AÇIQLADI
2022-04-21 21:48:00
ABŞ Prezidenti Co Bayden Ukraynaya ümumilikdə 1,3 milyard dollarlıq əlavə yardım edəcəklərini açıqlayıb.
Bayden çıxışında Rusiya bayrağı altında üzən gəmilərin ABŞ sahillərinə girə bilməyəcəyini, müharibədən qaçan ukraynalıların isə birbaşa ABŞ-a daxil ola biləcəyini deyib.
“Limanlarımızda Rusiya bayrağı daşıyan gəmilər olmayacaq. Onlar sahillərimizə belə girə bilməyəcəklər”, - deyə Bayden bildirib. \\Manşet.az