📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Rusiya ilə bağlı suallardan İMTİNA ETDİ

2022-01-21 22:42:00

Bayden Rusiya ilə bağlı suallardan İMTİNA ETDİ

ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq. 

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, - deyə ABŞ lideri vurğulayıb. \\Lent.az