Bayden: “Rusiya işğala başlasa, cavab verərik”
2022-01-03 14:28:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışan ABŞ Prezidenti Co Bayden Rusiyanın işğala başlayacağı təqdirdə ABŞ ilə müttəfiqlərinin Ukraynanı dəstəkləyəcəyini söyləyib. Bu barədə açıqlamanı Ağ Evin mətbuat xidməti verib.
Bayden Zelenskiyə deyib: “Rusiyanın Ukraynanı daha çox işğal edəcəyi təqdirdə ABŞ öz müttəfiqləri və ortaqları ilə birlikdə qəti şəkildə qarşılıq verəcək”.
Ukrayna ilə ABŞ-ın dövlət başçıları gələn həftə işə başlayacaq NATO-Rusiya Şurasında İkitərəfli Strateji Sabitlik Dialoqunu və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı diplomatik səyləri dəstəklədiklərini də bildiriblər.
Hürr Tərcüman