📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması barədə məlumatlandırılıb

2023-03-14 23:36:00

Bayden Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması barədə məlumatlandırılıb

ABŞ Prezidenti Co Bayden Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.

Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi əlavə edib ki, Rusiya qırıcıları daha əvvəl də Qara dəniz üzərində ABŞ təyyarələrinə müdaxilə edib.

Eyni zamanda, o bildirib ki, bu, təhlükəli və qeyri-peşəkarlıqdır. \\\APA