📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Rusiyanı İnterpoldan çıxarmalıdır - Çağırış

2022-03-12 10:48:00

Bayden Rusiyanı İnterpoldan çıxarmalıdır - Çağırış

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Co Bayden administrasiyasını Rusiyanın İnterpoldan kənarlaşdırılmasına təkan verməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə CNN dövlət katibi Entoni Blinken və baş prokuror Merrik Qarlanda göndərilən məktuba istinadən məlumat yayıb.

Məktubda deyilir ki, Bayden administrasiyası Rusiyanın İnterpola üzvlüyünün dayandırılmasını tələb etməlidir.

Qeyd edək ki, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası ABŞ Konqresi tərəfindən yaradılmış və Nümayəndələr Palatasının və Senatın bir sıra üzvlərinin daxil olduğu qurumdur.