📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Rusiyanın Ukraynaya hücum edə biləcəyi tarixi açıqladı

2022-02-12 10:40:00

Bayden Rusiyanın Ukraynaya hücum edə biləcəyi tarixi açıqladı

ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı bildirib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Politico” qəzeti yayıb.

Qəzet yazır ki, Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini hesab edir.

Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.